Marsol Group partnyorları ilə birgə 12 mart tarixində Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Honk Konq Ticarətin İnkişafı Şurasının (HKTDC) təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Honk Konq – imkanlar və əməkdaşlıq” mövzusunda biznes seminarda iştirak etdik.
Tədbirdə Çin ilə beynəlxalq ticarət-iqtisadi əlaqələrin inkişaf meyilləri, Honk Konqun bu prosesdə rolu, Azərbaycan şirkətlərinin Çin bazarına çıxış imkanları və HKTDC-nin biznes tərəfdaşlarının tapılması, tədarük zəncirlərinin qurulması və Honk Konqda biznesin inkişafı üçün göstərdiyi dəstək müzakirə olunub.
Seminar, yerli sahibkarlar üçün Honk Konq ilə əməkdaşlıq potensialını daha yaxından tanımaq və mövcud imkanları qiymətləndirmək baxımından əhəmiyyətli olub.
