Sentyabrın 17-si “Marriott Baku Boulevard” hotelində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-İraq Biznes Forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurası yaradılıb.
Tədbirdə Marsol Group partnyorları da olmaqla Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edib, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın güclənməsi, logistika və tranzit potensialının inkişafı üzrə perspektivlər önə sürülüb.