27 mart tarixində Şəki- Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorlarının, ölkəmizin regionlarından qonaqların və dövlət qurumu nümayəndələrinin iştirakı ilə “Axşam ziyafəti və B2B” görüş baş tutub.
İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala Regional bölməsinin rəhbəri Qalib Məsimov, Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Şəki Xidmət Sahəsinin rəhbəri Hamlet Qasımov, Şəki Elektrik Şəbəkəsinin baş mühəndisi Pərviz Cabbarzadə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki KOB Dostu Elbrus İskəndərov görüşümüzdə iştirak edərək sahibkarlarla həmsöhbət olub, onların suallarını cavablandırıb.
Həmçinin, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə regionlarda təşkil olunan layihələr və görüşlər eləcə də Marsol Group-un fəaliyyətləri haqqında məlumat verib, dövlət qurumlarının sahibkarlara dəstək mexanizmləri barədə müzakirələr aparılıb.
