Axşam ziyafəti və B2B “Pxali Xinkali” – 03.03.2025

Martın 3-ü Marsol Group və “N-Advert” şirkətinin birgə təşkilatçılığı ilə “Pxali Xinkali” restoranında “Axşam ziyafəti və B2B” görüş baş tutub.

Görüşdə, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimat olub. 40-a yaxın Marsol Group partnyoru B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətlərini tanıtmaq imkanı əldə ediblər.

Daha sonra “N-Advert” şirkətinin təsisçisi Namiq Nəbiyev çıxış edərək reklam sektorunda 2011-ci ildən göstərdikləri xidmətlərlə bağlı təqdimat edib, sektordakı təcrübələri müzakirə olunub.

This will close in 0 seconds