Axşam ziyafəti və B2B “Prive Steak Gallery” – 14.03.2025

“Axşam ziyafəti və B2B” görüşlərimiz davam edir.

Martın 14-ü “Prive Steak Gallery” restoranında Marsol Group və “QOLAT Sport Services”in birgə təşkilatçılığı ilə baş tutan görüşdə 30-a yaxın sahibkar ənənəvi olaraq fəaliyyətlərini tanıdıb Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı bir sıra məlumatlar verilib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu Səbuhi Əliyev iştirak edərək KOB Dostu şəbəkəsinin fəaliyyətləri haqqında məlumat verib, sahibkarların sualları cavablandırılıb.

Bununla yanaşı, “QOLAT Sport Services” şirkətinin təsisçisi Səid Bağırov futbol və digər idman yarışlarını təşkili xidmətləri haqqında iştirakçıları məlumatlandırıb.

This will close in 0 seconds