Martın 8-də Marsol Group və “Kovrolin.az” şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar “Prive Steak Gallery” restoranında “Axşam ziyafəti və B2B” görüşdə bir araya gəlib.
Görüşdə Marsol Group-un gələcək planları və fəaliyyətləri haqqında ətraflı məlumat verilib, sahibkarlar arasında faydalı fikir mübadilələri aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin, “Kovrolin.az” şirkətinin təqdimatı çərçivəsində şirkətin təsisçisi Vahid Hüseynov iştirakçıları kovrolin, süni qazon, PVC materiallar, ayaqaltı pas-pas və digər döşəmə məhsulları ilə tanış edib və onların xüsusiyyətləri haqqında məlumat verib.
