Axşam ziyafəti və B2B “Özsüt” – 11.03.2025

Martın 11-i növbəti “Axşam ziyafəti və B2B” görüş “Özsüt” restoranında Marsol Group və “Figensoft” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Ənənəvi olaraq Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı bir sıra məlumatlar verilib, partnyorlar arasında faydalı müzakirələr və təqdimatlar olub.
Görüşdə Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova və Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat veriblər, sahibkarların sualları cavablandırılıb.
Bununla yanaşı, “Figensoft” şirkətinin direktor müavini Pərviz Hüseynov Azərbaycanın ilk SMS şirkəti olaraq təqdim etdikləri məhsul və xidmətlər haqqında iştirakçıları məlumatlandırıb.

This will close in 0 seconds