Martın 4-ü Marsol Group və “Pak Xalça” şirkətinin birgə təşkilatçılığı ilə “MADO” restoranında “Axşam ziyafəti və B2B” görüş baş tutub.
Görüşdə 40-a yaxın Marsol Group partnyoru məqsədəuyğun olaraq B2B əlaqələrini genişləndirmək, eləcə də fəaliyyətlərini tanıtmaq imkanı əldə edib. 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimat olub.
Həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) analitika və koordinasiya şöbəsinin müdiri Nicat Əlizadə də görüşdə iştirak edərək sahibkarlara fəaliyyətləri, eləcə də sahibkarlara göstərilən dəstəklər barədə məlumat verib.
Daha sonra “Pak Xalça” şirkətinin rəhbəri Vüqar Əhmədov təmizlik və dezinfeksiya sektorunda göstərilən xidmətlərdən, əldə edilən uğurlardan bəhs edib.
