“Axşam ziyafəti və B2B” görüş – 15.05.2024

Mayın 15-i müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin təcrübələrini paylaşmaq və işgüzar əlaqələrini genişlətmək məqsədi ilə növbəti “Axşam ziyafəti və B2B” görüş çərçivəsində “Restore” restoranında partnyorlarımızla bir araya gəldik.

2024-2025 Marsol Group sponsorları üçün təşkil olunan görüşdə şirkətlər fəaliyyətləri haqqında məlumat verərək müzakirələr apardılar.

Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da iştirak etdi. Tural Əhmədov agentliyin, gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarması üçün göstərdiyi fəaliyyətlər haqqında məlumat verdi.

Tərəflər arasında əməkdaşlıq, təhsil proqramlarının iş dünyasının ehtiyaclarına uyğunlaşdırılması, təhsil sektoru ilə birgə layihələrin təşkil olunması mövzusunda müzakirələr aparıldı.

This will close in 0 seconds