Axşam ziyafəti və B2B “Flame Steak & Kebab” – 13.03.2025

Martın 13-ü Marsol Group və “Golden Rose” şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar “Axşam ziyafəti və B2B” görüş çərçivəsində bir araya gəlib.

“Flame Steak & Kebab” restoranında baş tutan görüş zamanı 30-a yaxın Marsol Group partnyoru öz bizneslərini tanıtmaq və dövlət qurumu nümayəndələri ilə müzakirələr aparmaq imkanı əldə ediblər.

Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov və Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı iştirak edərək dövlətin biznes inkişafı üçün yaratdığı imkanlar və dəstək proqramları haqqında məlumat verib iştirakçıların sualları cavablandırılıb.

Bununla yanaşı Marsol Group partnyoru “Golden Rose” şirkətinin direktoru Murad Rəsulov şirkətin fəaliyyətləri və hazırki layihələri haqqında məlumat verib.

This will close in 0 seconds