“Axşam ziyafəti və B2B” görüş çərçivəsində Marsol Group partnyorları ilə yenidən bir araya gəldik.
Martın 12-də “Altent.az” şirkəti ilə birgə “Coffeemania” restoranında təşkil olunan görüşdə xanım sahibkarların da iştirakı ilə 30-a yaxın Marsol Group partnyoru öz bizneslərini tanıtmaq eləcə də, biznesə dair mövzularda fikir mübadiləsi aparmaq imkanı əldə edib.
Görüşdə “Altent.az” şirkətinin layihə rəhbəri Ceyhun Əlizadə şirkətin kölgəlik sistemləri sahəsində xidmətlərini tanıdıb, günəşdən, yağmurdan və küləkdən qorunmaq üçün istifadə olunan müxtəlif növ qurğular haqqında məlumat verib.
Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub, görüş işgüzar fəaliyyələr əsasında müzakirələrlə davam edib.
