Axşam ziyafəti və B2B “Bağ Evim” – 07.03.2025

Martın 7-si Lənkəran şəhərində fəaliyyət göstərən “Bağ Evim” restoranında sahibkarlarla “Axşam ziyafəti və B2B” görüş baş tutub.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Nahid Nağdıyev iştirak edib, region partnyorları arasında maraqlı müzakirələr olub, maarifləndirici məlumatlar verilib.

Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla, B2B görüşlər, region turları, xarici turlar və digər fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

Sonda, 2025-2026-cı il üzrə Marsol Region partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

This will close in 0 seconds