Martın 12-si axşam ziyafəti çərçivəsində sahibkarlar və dövlət qurumu nümayəndələri ilə “Mangal Steak House”da bir araya gəldik.
Görüşdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Emin Şirinov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov və Marsol Group partnyorları iştirak edib, iştirakçılar arasında B2B və B2G formatında faydalı müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.
Həmçinin, tədbir zamanı Marsol Group-un mövcud layihələri barədə ətraflı məlumat təqdim edilib, gələcək fəaliyyətlər, biznes mühitində əməkdaşlıq perspektivləri və sahibkarlığın inkişafına dair yeni təşəbbüslər müzakirə olunub.
Səmimi müzakirələrlə yanaşı, tədbirə rəng qatan anlardan biri də Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Talıbovun doğum gününün qeyd edilməsi oldu, bu münasibətlə ona öz təbriklərimizi çatdırdıq.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
