Proqram təminatının hazırlanmasında 8 ildən artıq təcrübəyə malik olan Azərbaycan şirkəti texnologiya ilə insanlar arasında əlaqə yaradır. Çevik (Agile) Metodologiyanı tətbiq edərək, İT konsaltinq və sistem integrasiyası da daxil olmaqla, geniş çeşidli proqram təminatı məhsulları və xidmətləri təklif edir. Qabaqcıl həllərimiz maliyyə, səhiyyə, ictimai təhlükəsizlik və bir çox digər sahələri əhatə edərək mövcud imkanları və səmərəliliyi artırmağa xidmət edir. İnformasiya texnologiyaları sahəsində dürüstlüyü, birliyi, texnologiyanı və biliyi əsas dəyərlər kimi hesab etməklə yeni bir ənənə yaratmaq niyyətindəyik. 2013-cü ildə yaradıcı və peşəkar komandamızı bir araya toplayaraq, yaranan çətinlik və problemləri özünəməxsus şəkildə həll etməyi hədəfləmişik.

Missiyamız:

Müxtəlif həcmli təşkilatların rəqəmsal və səmərəli olmasını təmin etmək şərəfli vəzifəmizdir. Rəqəmsallaşmanı dəstəkləyir, proqram həlləri təqdim edir, müştərilərin sədaqətini artırmaq və biznesin inkişafını sürətləndirmək üçün həyatı asanlaşdırırıq.

Məqsədimiz:Regionda qabaqcıl proqram təminatı şirkəti olmaq və müştərilərin ehtiyaclarına uyğun ən yaxşı rəqəmsal həllər təklif etmək strateji baxışımızdır. İnnovativ həllər təqdim etməkdə regional lider, rəqəmsallaşmanın lokomotivi və üstün tutulan regional proqram həlləri tədarükçüsü olmaq istəyirik. Proqram həllərimizlə bölgədə bir fərq yaratmağı hədəfləyirik.

Ünvan: City Point Baku Biznes Mərkəzi, Cəlil Məmmədquluzadə küç., 102A, Nəsimi, AZ1022

Telefon: +994 12 210 00 99

web: https://www.atltech.az

e-mail: office@atltech.az

Facebook: https://www.facebook.com/atltech.az

İnstagram: https://www.instagram.com/atltech.az/