Aras Group MMC 2013-cü ildə təsis edilmiş bir şirkət olaraq dinamik inkişafı ilə fəaliyyətinə davam etməkdədir. Şirkətimiz yarandığı gündən bu günə müxtəlif irimiqyaslı layihələrin icrasında iştirak etmiş və böyük nailiyyətlərə imza atmışdır.

Fəaliyyət sahələri olaraq əsasən metal konstruksiya işləri, qumlama-boyama, beton işləri, sənaye tipli yer örtükləri tətbiqi, pvc linoleum, hidroizolyasiya işləri, yanğın gecikdirici boya (PFP) tətbiqi və s., xidmətləri təklif edən şirkət 2019-cu ildə inşaat lisenziyası almışdır. İldən-ilə maddi-texniki bazasını gücləndirən şirkət eyni zamanda işçi heyət sıralarına professional kadrlar cəlb etməklə mülki və sənaye inşaat sahəsində də öz xidmətlərini təklif etməkdədir.

Əsasən inşaat və ticarət sahələri üzrə fəaliyyət göstərən şirkət, təchizat xidmətləri ilə yanaşı Türkiyənin ən köklü sənaye boya istehsalçısı olan Kanat Boya markasının Azərbaycandakı rəsmi nümayəndəsidir.

Şirkətimiz eyni zamanda İSO 9001, İSO14001, İSO45001 sertifikatlarına da malikdir.

Beynəlxalq sistemlərə inteqrasiya olmaq, oturaqlaşmış dayanıqlı xidmət strategiyamızla tərəfdaşlarımıza daha yaxşı xidmət göstərə bilmək üçüm daim inkişaf  və yeniliklər arayışında olmaq şirkətimizin əsas təməl prinsiplərindəndir.

Ünvan: Nərimanov r-nu , Məsud Əlizadə 117/20

Telefon: +994 12 564 34 44

Mobil: +994 50 200 45 71

web: www.arasgroup.az

e-mail:office@arasgroup.az

Instagram @arasgroup.az