Marsol Group və Gloubus Travel-ın birgə təşkilatçılığı ilə baş tutan Amerika səfərimizin növbəti ünvanı Kaliforniya ştatında yerləşən San-Fransisko şəhəri oldu.
Partnyorlarımızla birgə ilk gün “Golden Gate Bridge”, “Twin Peaks”, “Painted Ladies” kimi məşhur məkanları ziyarət etdik.
2-ci gün “Sausalito”, “Ferry Building”, “Embarcadero”, “Fisherman’s Wharf”, “Pier 39”, “San Francisco Cable Car”, “Union Square”-i ziyarət edərək xatirə fotosu çəkdirdik. Həmçinin ABŞ-nin ən təhlükəli cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmiş Alkatraz adasını ziyarət etdik.
3-cü gün isə Tesla, Facebook, Google, Apple kimi dünyaca məşhur şirkətlərin yerləşdiyi Silikon Vadisini və Stenford Universitetini ziyarət etdik, növbəti səfərimiz üçün Florida ştatının ikinci ən böyük şəhəri Mayamiyə doğru yola düşdük.