Marsol Group və Globus Travel-ın birgə təşkilatçılığı ilə Amerika turu davam edir.
Kaliforniyadan sonra növbəti ünvanımız Nevada ştatında, Las Veqas şəhəri oldu. Məşhur “Las Vegas Sign”, “Las Vegas Bulvarı”, “Ceasers Palace Hotel” və “Bellagio Hotel” kimi yerləri ziyarət etdik. Hər biri öz dəbdəbəsi və unudulmaz gecə atmosferi ilə bizi heyran etdi.
Həmçinin, növbəti gün helikopter turu ilə “Grand Canyon”-a yollandıq. Bu əzəmətli kanyonun gözəlliyini həm “Eagle Point”, həm də “Guano Point”-dən izləmək xoş bir təcrübə oldu.