Açılış Mərasimi “Sahara Electronics” – 31.05.2025

Mayın 31-i məişət texnikası sahəsində fəaliyyət göstərən “Sahara Electronics”in yeni filialının açılış mərasimində Marsol Group partnyorları ilə birlikdə iştirak etdik.

Tədbir çərçivəsində Abşeron Tikinti Materialları Mərkəzində fəaliyyətə başlamış “Sahara Electronics”in rəhbəri Rəşad Əliyev öz çıxışında iştirakçılara təşəkkürünü bildirib, şirkətin fəaliyyətləri və təklif olunan məhsullar haqqında məlumat verib. Daha sonra Abşeron Tikinti Materialları Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov çıxış edərək “Sahara Electronics”ə uğurlar arzulayıb.

Həmçinin, səmimi mühitdə bir araya gələn Marsol Group partnyorları “Sahara Electronics”in məhsulları ilə yaxından tanış olmaq, bir-birilərilə müzakirələr aparmaq imkanı əldə ediblər.

Davamında “Ceramic Gallery” şirkətinin şourumu ziyarət olunub. Şirkətin rəhbəri Vüsalə Həsənova məhsulları, dizayn və keyfiyyət standartları haqqında məlumat verib.

This will close in 0 seconds