Fevralın 22-si Marsol Group partnyoru “IVY HUB” Tədris Mərkəzinin açılışı baş tutub.
İnnovativ metodlarla əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsində rol oynayan “IVY HUB” Tədris Mərkəzinin açılışında Marsol Group partnyorları da iştirak edib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edərək öz çıxışında mərkəzin gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Açılışda həmçinin, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev tərəfindən “IVY HUB” Tədris Mərkəzinin direktoru Nəsib Həsənova xatirə hədiyyəsi təqdim edilib.
Sonda, qonaqlar müəssisənin fəaliyyətlərinin gerçəkləşdiyi zal və sinif otaqları ilə əyani formada tanış olublar.
