Açılış mərasimi “Dayun Azerbaijan” – 07.12.2024

Partnyorumuz “Şərq Motors” artıq dünyaca məşhur “Dayun” elektrik avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru kimi fəaliyyət göstərir.

Dekabrın 7-də Marsol Group partnyorları ilə birgə Azərbaycan avtomobil bazarına yeni nəfəs gətirən “Şərq Motors”un “Dayun” markalı avtomobillərin nümayiş olunduğu salonunun açılış mərasimində iştirak etdik.

Açılış mərasimində “Şərq Motors”un rəhbəri Müşviq Quliyev fəaliyyətləri haqqında məlumat verərək “Dayun” markasına aid üç əsas model, “Dayun Rehigh H8”, “Dayun Rehigh Y6” və “Dayun Yuehu” modellərini təqdim etdi, sahibkarlarla birgə gündən günə populyarlaşan ekoloji təmiz nəqliyyat vasitələri ilə tanışlıq oldu.

Xoş qarşılama üçün Müşviq bəyə təşəkkür edir, “Şərq Motors”a fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds