Acıbadem Healthcare Group

Acıbadem: Müasir tibb mərkəzində unikal xidmətlər kompleksi 1991-ci ildə təsis olunmuş Acıbadem Healthcare Group klinikalar şəbəkəsi bu gün Türkiyədə özəl tibbi xidmətlər sahəsində aparıcı təşkilatlardan birinə çevrilmişdir. Şirkət 2012-ci ildən etibarən Şərqi Asiya ölkələrindəki iri qruplardan biri olan IHH Healthcare Berhad-la tərəfdaşlıq çərçivəsində beynəlxalq miqyasda genişlənməsini davam etdirməkdədir. Bu cür əməkdaşlıq sayəsində, Acıbadem öz həcmi etibarilə dünyanın klinikalar
şəbəkəsinin ikincisi olmuşdur.
21 klinika və 13 tibbi mərkəzdən ibarət olan Acıbadem beynəlxalq mütəxəssisləri cəlb edərək, ən qabaqcıl dünya texnologiyalarını tətbiq etməklə tibbi xidmətlər göstərməkdədir.
Ona görə də, dünyanın müxtəlif ölkələrindən olan daha çox pasiyent Türkiyədə Acıbadem klinikalarında müalicə olunmağı üstün tuturlar.
Beynəlxalq inkişaf Təşkilatın inkişafı öz sıralarına yeni klinikaları qoşmaqla və xidmət sferalarını genişləndirməklə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davam etməkdədir. Acıbadem ən müxtəlif istiqamətlərdə fəaliyyət göstərir, klinikanın mütəxəssisləri aşağıdakı sahələrdə daha böyük uğurlar qazanmışlar: onkologiya, radioterapiya, qamma-bıçaq, kiber-bıçaq, uşaq neyrocərrahiyyəsi, uşaq ürək-damar cərrahiyyəsi, sümük iliyinin transplantasiyası, urologiya.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 36.

Mobil: +994 50 754 69 64 / +90 530 153 3542

Web: www.acibadem.com.az

E-mail: [email protected]