Abşeron Tikinti Materialları Mərkəzi – açılış mərasimi 28.10.2022

Bu gün 2022-2023 Marsol sponsorlarından olan “Abşeron Tikinti Materialları Mərkəzi”nin açılış mərasimi baş tutdu. Geniş və müasir infrastruktura malik mərkəzin açılışında 30-a yaxın Marsol partnyoru ilə birlikdə iştirak etdik. Qaradağ Rayonu İcra hakimiyyəti başçısı Süleyman Mikayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək mərkəzin gələcək fəaliyyəti üçün uğurlar arzuladı. Daha sonra “Abşeron Tikinti Materialları Mərkəzi”nin rəhbəri Anar Bədəlov mərkəz haqqında ətraflı məlumat verdi.

“Abşeron Tikinti Materialları Mərkəzi”ndə 1500-ə yaxın sahibkarın fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Mərkəz 55 hektar ərazidə yerləşir. Burada yerli istehsal məhsulları və idxal edilən tikinti materiallarının satışı həyata keçiriləcək. Həmçinin gələcəkdə müştərilərin rahatlığını təmin etmək məqsədilə ərazidə avtodayanacaq, otel, bank və gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşasının da planlaşdırıldığı vurğulanıb.

Abşeron Tikinti Materialları Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!