Abşeron Tikinti Materialları Mərkəzi

Abşeron Tikinti Materialları Mərkəzi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 255 ha əraziyə malik Qafqazın ən böyük tikinti materialları bazarıdır.

Abşeron Tikinti Materialları Mərkəzinin inşası və fəaliyyəti 2020-ci ildə

başlayıb.  Rəsmi açılış 28 Oktyabr 2022-ci ildə baş tutmuşdur.

Bazarın inşası III hissədən ibarətdir. Bazarın I hissə və ümumilikdə  55 ha sahəsinin inşası artıq tamamlanıb. Abşeron  Tikinti Materialları Mərkəzində yerləşən mağazalar “Elit”, “Prestij”, “Qarışıq” sırası və “Açıq” ərazisindən ibarətdir.  “Elit” cərgə 21 korpus daxil olmaqla 420 mağazadan ibarətdir. Ümumi  sahəsi 96117 kv m2-dir. “Prestij” sırasının sahəsi  7633 kv m2 –dən ibarətdir. Burada 124 mağaza yerləşir. “Qarışıq” sırasında isə  233 mağaza yerləşir və sahəsi 9786 kv m2-dir. “Açıq” əraziyə gəldikdə isə 210000 kv  m2  əraziyə malikdir. Həmçinin burada ölkənin iri taxta, alçıpan, metal, mərmər idxalçıları və istehsalçıları fəaliyyət göstərir.

Abşeron Tikinti Materialları Mərkəzindəki mağazaların sahəsi 42 kv m2-dən başlayaraq 400 kv m2-dək dəyişir.  Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir.  Digər bir məqam isə bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunur. Müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur.

Bazarda məhsulların saxlanması üçün xüsusi anbarlar mövcuddur.  Anbarlar kimyəvi (azot, gübrə, boya və s.) tibbi və normal tipli bölmələrdən ibarətdir. Mərkəzdəki satış məntəqələrinin sahəsi minimum 200 kv m2-dən başlayaraq maksimum 800 kv m2-dək dəyişir.  Ümumilikdə mərkəzin anbar bölməsinin ümumi sahəsi 60000 kv m2 -ə yaxın təşkil edir.

Abşeron Tikinti Materialları Mərkəzinin Qaradağ bölgəsində yerləşməsi logistika baxımından da üstünlüyünü göstərir.  Bazarın ətraf rayonlara rahat giriş-çıxışın olması, Bakı Baş Gömrük İdarəsi,  İpək Yolu gömrük  terminalı və Abşeron Dəmiryolu Stansiyasına yaxınlığı  müştərilərimizin mallarını rahat, təhlükəsiz və sürətli daşınmasına şərait yaradacaq.  Bu məqsəsdlə  Abşeron Tikinti Materialları Mərkəzi yüklərin çatdırılması, boşaldılması, daşınma təhükəsizliyinin qorunması üçün müasir standartlara cavab şərait yaradır.

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57

Telefon: 012-525-90-90, *6767

Mobil: 050-241-67-67

web: www.absherontmm.az

e-mail: [email protected]

İnstagram: absheron_tmm; Facebook: Abşeron Tikinti Materialları Mərkəzi