6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı!

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” uğurla başa çatdı!

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgi yerli bizneslərə yeni imkanlar yaratmaqla yanaşı, ziyarətçilərin də böyük marağına səbəb olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, İKT, təhsil, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edərək məhsul və xidmətlərini nümayiş edib.
4 gün ərzində dövlət qurumlarının nümayəndələri, rəsmilər, xarici qonaqlar və beynəlxalq biznes palatalarının təmsilçiləri də daxil olmaqla ümumilikdə 30.000-dən çox ziyarətçi sərgimizi ziyarət edərək yerli məhsul və xidmətlərlə yaxından tanış olub. Sərgi boyunca qonaqlar arasında çox böyük maraq və yüksək iştirak fəallığı müşahidə olunub.

Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində xüsusi ayrılmış zonada KOB-ların 10-a yaxın iri şirkətlə “B2B” görüşləri təşkil olunub.

Sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) olub.

Sərgi bir daha göstərdi ki, yerli şirkətlərimizin məhsulları, xidmətləri və potensialı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə rəqabətə tam hazırdır!

Növbəti il görüşənədək!

Baş sponsor: Məlhəm Beynəlxalq Hospital
Sponsor: Dayun
B2B zona sponsoru: N-Advert
Təşkilati dəstək: Construction Business Group
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi

This will close in 0 seconds