6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” – B2B Görüş

20 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadənin və Sosial tərəfaşlarla iş departamentinin direktoru Saleh Həsənovun iştirakı ilə B2B görüş baş tutub.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə işəgötürənlərə qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Agentliyin aktiv məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə sıx əməkdaşlıq etdiyini və birgə proqramlar həyata keçirdiyini bildirib.
Daha sonra sahibkarların fikirləri dinlənib və onların sualları cavablandırılıb.

This will close in 0 seconds