5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” ilə bağlı görüş – 29.05.2024

5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” ilə bağlı görüşlərimiz davam edir.

Öz stendi ilə təmsil olunacaq şirkətlərin sərgi haqqında məlumatlanması, eləcə də şərtlər və qaydalarla yaxından tanış olması məqsədi daşıyan görüşümüzdə sərginin onlar üçün nə kimi faydalar təmin edəcəyini də müzakirə etdik.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı, 200-ə yaxın yerli şirkətin iştirakı ilə 24-26 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

This will close in 0 seconds