3D Klubu– bir insan fəaliyyətinin bütün dövrünün – Düşüncə, Duyğu və Davaranışın vəhdətini ifadə edən bir biznes və düşüncə cəmiyyətidir və faydalı fəaliyyəti, düşüncə gücünü, sağlam və zövqlü həyatı təbliğ və təqdim edir. Klubun devizi “İşləyərək öyrənək, öyrənərək işləyək!”dir.

Dürüst biznes əlaqələri əməkdaşlığa səmimi yanaşmadan başlayır. İnsan Kainat qanunlarını dərk etdikcə dürüst və səmimi münasibətlər onun təbii yanaşmasına çevrilir. Məhz buna görə də biznes və düşüncə cəmiyyəti olaraq, 3D Klubunun fəaliyyət istiqamətləri bir-birini tamamlayır.

Kluba qoşulmaqla üzvlər silsilə imtiyazla əldə edir, Klubun bütün imkanlarından yararlana bilirlər. Klubda yeni və maraqlı tanışlıqlar, biznes əməkdaşlığı, fərqli dünyabaxışlarının mübadiləsi və vaxtın xoş və səmərəli keçirilməsi təmin edilir.

Kluba üzvlük həm hüquqi şəxslər, həm də fiziki şəxslər üçün nəzərdə tutulub və hər hansı bir öhdəlik müəyyən etmir. Klubda öz fəaliyyətinin sərbəst tanıdılması, biznes əməkdaşlıqlarının qurulması imkanları genişdir.

3D Klubu öz əhatə dairəsində – dürüst və qarşılıqlı faydalı biznes əlaqlərini, fəal biznes netvörkinqini, özünü və ətrafı dərketməni, öz düşüncə gücünü tanımağı və ondan düzgün istifadə etməyi, Kainat qanunları ilə yaşam və fəaliyyəti, sağlam həyat tərzini, o cümlədən sağlam qidalanma, idman və təbiətlə sıx təması, zövqlü həyat və incəsənəti təşviq və təqdim etməyi əsas strategiyası olaraq qəbul edib.

3D Klubunun fəlsəfəsi qısaca olaraq budur ki, hər birimiz İnsanı gücləndirən, onu məhz İnsan edən – Torpaq – faydalı fəaliyyət, Hava – Düşüncə və mənəviyyat, Su – təbiət və sağlam həyat, Od – zövqlü həyat eşqi olan Kainat elementlərini özünüküləşdirməliyik.

3D Klubu öz fəaliyyətini – Forumlar, konfranslar, görüşlər, seminarlar, təlimlər, səfərlər, sərgilər, asudə vaxtın səmərəli və effektiv keçirilməsi üçün rəngarəng tədbirlər və s. formalarda həyata keçirir.

Telefon: +994 55 975 24 29

Facebook : https://www.facebook.com/3dklubu/

İnstagram : https://www.instagram.com/3dklubu/

Linkedin: https://www.linkedin.com/company/3d-klubu