26 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Sahara Electronics”, “Global Logistics” və “Tonuby Group”un sponsorluğu ilə “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “3-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, sahibkarlığın sürətli inkişafını və bu tip tədbirlərin mahiyyətini vurğulayıblar.

Növbəti çıxış üçün söz tədbirin sponsoru “Global Logistics”in rəhbəri Əbülfəz Allahverdiyev, “Sahara Electronics”in rəhbəri Rəşad Əliyev daha sonra “Tonuby Group”un rəhbəri Toğrul İbrahimova verilib. Onlar da öz növbəsində şirkətləri haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.

Marsol Group partnyoru olan 24 şirkətin təmsil olunduğu yarışmada ümumilikdə 150-dən çox şirkət nümayəndəsi iştirak edib. Olduqca maraqlı suallarla keçən yarışmanın yekununda “Tonuby Group” komandası “3-cü Marsol Zəfər Kuboku”nun qalibi olub. “ROOF Academic Training” şirkəti 2 – ci, “PAŞA Sığorta” isə 3 – cü yerin qalibi olublar. Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Kapital Bank və Marsol Karyera və İnkişaf Mərkəzi “3-cü Marsol Zəfər Kuboku” intellektual yarışmasının tərəfdaşı olub.

Həmçinin, intellektual yarışın könüllü dəstəyi “İCMA Könüllüləri” və Marsol Karyera və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.

Promo tərəfdaş: Moon Group

This will close in 0 seconds