Mayın 14-ü Marsol Group partnyorlarımızla birlikdə 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini “InterFood Azerbaijan” ziyarət etdik.
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgini ziyarətimiz zamanı iştirakçılar sırasında yer alan Marsol Group partnyorlarının da stendlərinə baş çəkdik və sərgilə bağlı təəssüratlarını aldıq.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində qida sənayesindəki innovativ həllər və kənd təsərrüfatında yeni texnologiyalar nümayiş edilir.
