Partnyorumuz “Zinət-İ Zişan” şirkətinin rəhbəri Xəlil bəy və “Edex” şirkətinin rəhbəri Əyyub bəy qonağımız oldular.

“ZİNƏT-İ ZİŞAN”  Azərbaycanda, zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğuldur. Brendin arxasında duran sənətkarlar seçdikləri ada layiq olaraq,  təqdim etdikləri hər bir əşyada istifadə edilən  xammalın saf və dürüstlüyünü, yüksək işləmə keyfiyyətini, ən başlıcası isə gözəlliyin sehrinə qovuşmaq sevincini təmin etməyi özlərinə borc bilirlər.

Edex şirkəti 13 fevral 2015-ci ildən fəaliyyət göstərir. Ölkə daxilində və xaricdə forumlar, konfranslar, biznes kamplar, universitet gəzintiləri, yay-qış məktəbləri, sertifikat proqramları, dil kursları təşkil edir. Hal-hazırda, 9 ölkədən 244 tərəfdaş universitetlə əməkdaşlıq edir. ABŞ, Kanada, İngiltərə, Avstraliya, Almaniya, Polşa, İtaliya, Macarıstan və Türkiyədə təhsilinizi Edexlə planlaya bilərsiniz.