KHALCHA restoranı – Axşam Ziyafəti

26 aprel tarixində öz tərzi ilə seçilən partnyorumuz “KHALCHA” restoranında axşam ziyafətimiz baş tutdu. Bu dəfəki axşam ziyafətimizi turizm sahəsində fəaliyyət göstərən, partnyorumuz “Globus Travel”la birlikdə təşkil etdik. “Globus Travel” şirkətinin rəhbəri Eldəniz bəy turizm sahəsindəki təcrübələrindən danışdı və şirkətin fəaliyyəti haqqında məlumat verdi. Öz növbəsində görüşdə iştirak edən şirkət rəhbərləri də bir-birlərilə yaxından tanış oldu və fəaliyyətləri haqqında məlumat verdilər. Başda Eldəniz bəy olmaqla, görüşdə iştirak edən hər kəsə təşəkkür edir, biznes fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.  

İştirak edən şirkətlər

Globus Travel
İ Tech Group
Hikmetoglu Transport
FMO Group
İmprotex
BMY Caspian
Modul Construction
Polymart
İvento
Proav
İcon Pərdə
Profdez
İmagro
Caprice Rentacar