16 sentyabr tarixində partnyorumuz Tuna mətbəəsini ziyarət etdik. Partnyorlarımızla birgə mətbəənin istehsalatı ilə yaxından tanış olduq. Tuna mətbəəsinin rəhbəri Rəşid bəy bizə işləri haqqında ətraflı məlumat verdi. Başda Rəşid bəy olmaqla görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

Tuna Printing & Publishing & Packaging Company ( “TUNA” şirkəti) 18 iyun 1998-ci ildə qurulmuşdur. Şirkət hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. Qısa müddət ərzində əldə etdiyi nailiyyətlərə, göstərdiyi xidmətlərin keyfiyyətinə və sifarişçilərinin yüksək məmnunluğunu qazanmasına görə Azərbaycanın qabaqcıl firma və təşkilatları arasında layiqli yer tutmuş “TUNA” şirkəti bu sektorda Coca-cola , Azərsun, Mc Donalds, Fab Boya, Best Boya, Sobsan, Bolluq, Milenium, AER, Şirin, Veysəloğlu və başqa lider şirkətlərlə uzun illərdir əməkdaşlıq edir.