Silahlı Qüvvələrə Dəstək

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 5 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Müzəffər Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Dəyərli partnyorlarımız, hörmətli sahibkarlar! Biz də bu kampaniyaya qoşularaq sizləri Silahlı Qüvvələrin Yardım Fonduna ianə etməyə dəvət edirik. Sizləri müzəffər Azərbaycan Ordusuna dəstək olmağa çağırırıq.  

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır! Zəfər bizimdir!

İanə məbləğindən asılı olmayaraq ordumuzun yanında olmaq hər birimizin borcudur!

Linkə keçid edərək qeyd olunan rekvizitlərə ödəniş edə bilərsiniz.

https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/