Şərq Motors – Foto xalça

“Şərq Motors” şirkəti üçün hazırlanmış, ipək tərkibli foto xalçanı şirkətin rəhbəri Müşfiq bəyə təqdim etdik.

2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkəti Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı , satışı və servis xidmətini həyata keçirir . 2007-ci ildə şirkət Hyundai Auto Azerbaijanın rəsmi dileri, 2010-cu ildə Kia Motors Azerbaijanın rəsmi dileri olmuşdur. 2016- cı ildən etibarən şirkət müstəqil olaraq Servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsilə müştərilərə xidmət edir. Eyni zamanda Aftermarket satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hissələrinin satışını təmin edir. Şirkət Mando, HCC, CTR , Sakura Filters , ADR Radiators , Federal Power və Genesso brendlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.
19 illik fəaliyyətində geniş imkanlar əldə edərək, uğur və əməkdaşlıq planlarını günü-gündən artıran Şərq motors şirkəti yüksək təcrübəyə, biliyə malik peşəkar məsləhətçi-xidmət personalı və müasir diaqnostika, təmir avandanlıqları ilə müştərilərə xidmət edir.