Polşa İnvestisiya və Ticarət Agentliyi

Polşa İnvestisiya və Ticarət Agentliyi Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi

Polşa İnvestisiya və Ticarət Agentliyi Polşaya investisiya axınının artırılması, Polşa ixracatının və xarici investisiyalarının intensivləşdirilməsi üçün xidmət göstərən bir dövlət qurumudur. Agentliyin əsas missiyası Polşa məhsullarının dünyada tanıdılması və ölkənin müsbət iqtisadi imicinin yaradılmasıdır.

Dünyanın 70 ölkəsində Ticarət Büroları olan agentlik investrolar və ixracatçılar üçün ilk əlaqə nöqtəsidir. Azərbaycan iqtisadi bazarının potensialı nəzərə alınaraq 2018-ci ildən etibarən Agentliyin Bakı şəhərindəki nümayəndəliyi fəaliyyətə başlamışdır. Nümayəndəliyin əsas fəaliyyəti:

  • bazar haqqında məlumatların araşdırılması,
  • Polşa və Azərbaycan şirkətləri üçün təlimlərin təşkil edilməsi,
  • İxrac missiyalarının təşkilində köməklik göstərilməsi,
  • B2B görüşlərin təşkili.

Ünvan: Landmark III, Nizami küç. 90A

AZ1010, Bakı, Azərbaycan

Tel.: +994124982481

Web: www.paih.gov.pl

E-mail: elnara.mammadova@paih.gov.pl

FB: https://www.facebook.com/PAIH.gov/

TT: @PAIH_pl @ElnaraM_PAIH