Onlayn Görüş – STRIX Computers

Partnyorlarımızla növbəti onlayn görüşümüz baş tutdu. Bu dəfəki görüşümüzdə də partnyorlarımız öz şirkətləri haqqında qısa məlumat verdilər və yaxından tanış oldular. Sonda isə partnyorumuz “STRIX Computers” şirkətinin təqdimatı oldu. Şirkətin rəhbəri Pərviz bəy məhsulları və xidmətləri haqqında ətraflı məlumat verdi və MARSOL partnyorlarına endirimləri olacağını qeyd etdi. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

“STRIX” MMC şirkəti 2017-ci ilin sentyabr ayında Azərbaycanın Bakı şəhərində fəaliyyətə başlayıb.
Bundan əvvəl şirkət 2011-ci ildən 2017-ci ilə qədər “PC-Tech” adı altında fəaliyyət göstərirdi.
2011-ci ildə şirkət kompüterlərin, kompüter komponentlərinin və ofis texnikalarının pərakəndə satışını həyata keçirirdi, bu gün isə “STRIX” MMC kompüterlərin, kompüter komponentlərinin, ofis texnikalarının, şəbəkə avadanlıqlarının, server avadanlığının və ticarət texnikalarının topdansatışı sahəsində əsas rol oynayır.
2017-ci ildən etibarən, şirkət Azərbaycanda keçirilən tenderlərdə fəal iştirak etməyə başlamış və dəfələrlə iri layihələrin podratçısı olmuşdur.
2018-ci ildə nağdsız ödənişləri qəbul edən və ölkə daxilində çatdırılmaları həyata keçirən “strix.az” onlayn mağazamızı istifadəyə verdik.
2019-cu ildə “STRIX” MMC ASUS markalı malların rəsmi satıcısı statusunu aldı, DELL EMC partnyor proqramına qoşuldu, daha sonra isə FSP, AIGO və Ripo markalarının rəsmi distribütoru oldu.
Elə həmin il, 28 May metrostansiyasında yerləşən mağazadan əlavə olaraq, Elmlər Akademiyası mst.-nın yaxınlığında yeni əsas filialı açıldı. Həmçinin, 2019-cu il ərzində böyük struktur dəyişiklikləri edərək xidmət keyfiyyətini artırdı.
Bu ilin sonuna kimi yeni formatda olan satış filialını istifadəyə verməyi planlaşdırır.

Görüş iştirkaçıları:

Strix MMC
N-Advert
Compel
CİBS LLC
Köynək.az
EXCEL World
Zirvə Liseyi
Qayo Elektrik