Onlayn Görüş – SIKA Azerbaijan

17 iyul tarixində növbəti vebinarımız baş tutdu. Bu dəfəki görüşdə partnyorumuz olmayan şirkət rəhbərləri də qonaq olaraq iştirak etdi. İştirak edən partnyorlarımz və qonaqlarımız öz işləri haqqında qısa məlumatlar verərək tanış oldular, görüşdə müxtəlif mövzuda müzakirələr edildi. Sonda isə, “SİKA” şirkətinin təqdimatı baş tutdu və fəaliyyəti haqqında ətraflı məlumat verildi. Vebinarda iştirak edən hərkəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq.

1910-cu ildə yaradılan, İsveçrə beynəlxalq miqyaslı kimya şirkəti olan Sika 24 000-dən artıq əməkdaşı ilə dunyanın 101 ölkəsində 300-dən artıq fabriki ilə fəaliyyət göstərir.
Sika, inşaat kimyəviləri sahəsində aparıcı mövqeyə sahib kimya şirkəti olaraq, tikintidə, sənayedə və avtomobil sənayesində istifadə olunan izolyasiya, yapışdırıcı, səs izolyasiyası, döşəmə örtükləri, struktur gücləndirmə, təmir-bərpa məhsullarının istehsalını və kompleks həllini təqdim edir. Şirkətimiz keyfiyyət və etibarlılığı ilə analoqu olmayan nüfuza malikdir. Biz ən qabaqcıl texnologiyalar, xidmət və unikal təcrübədən istifadə edərək məsələlərin həllini daha aydın şəkildə təmin edirik.
Bizim həyata keçirdiyimiz startegiya, inkişaf edən bazarlarda fəaliyyətimizin sürətlə genişlənməsini nəzərdə tutur. Sika brendinin davamlılığı və gücü, etibarlı tərəfdaşlığa verdiyi önəm və diqqətdədir. Biz inanırıq ki, etibar və inam bizim tərəfdaşlarımızın və əməkdaşlarımızın əsasıdır və bizi Sika şirkəti edən məhz göstərdiyimiz yüksək xidmət və məhsullarımızla bağlı yeniliklərimizdir.