Bugün partnyorlarımızın iştirakı ilə, növbəti onlayn görüşümüz baş tutdu. İştirak edən şirkət rəhbərləri öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış oldular. Bu dəfəki görüşümüzün xüsusi təqdimatı One Smart Star şirkətinə məxsus oldu. Şirkətin rəhbəri Vüqar bəy xidmətləri haqqında ətraflı məlumat verdi. İştirak edən hərkəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.

2010-cu ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan One Smart Star şirkəti dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməkdə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyanı təqdim edir. Bu xidmət istənilən telekommunikasiya sistemində (əlavə xidmət qismində) işləyir. One Smart Star nömrəsi şirkətin markasını daha da gücləndirərək, ulduz () və dörd rəqəmdən ibarət qısa rabitə çıxışı imkanlarını artırır. Müştərilər sadəcə ulduz () işarəsini və dörd rəqəmli İdentifikasiya kodunu daxil etməklə, Sizinlə əlaqə yaratmaq imkanı əldə edirlər. Bu nömrənin yadda saxlanılması asan, istifadəsi isə çox sadədir.