Onlayn görüşlərimiz davam edir. Vebinarlarda şirkətlərin tanışlığı və təqdimatları baş tutur.

Bugünkü görüşümüzün təqdimat hissəsi partnyorumuz Moon Group şirkətinə aid oldu. Şirkətin rəhbəri Ruslan bəy bizə xidmətləri və məhsulları haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da öz növbəsində şirkətləri haqqında qısa məlumat verdilər və bir-birləriylə yaxından tanış oldular. Sonda isə, Ruslan bəy Marsol partnyorlarını, çap və promo işlərində olacaq endirimlər barədə məlumatlandırdı. Vebinarda iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

“Moon Group” 2008-ci ildə təsis edilmişdir və regionda genişmiqyaslı xidmətlərini təklif edən aparıcı şirkətlərdən biridir. “Moon Group” komandası ixtisaslaşmış peşəkar işçi heyətindən ibarətdir. İstehsal etdiyi məhsulların dizaynlarının hər zövqə uyğun olaraq tərtib olunmasını təmin edir. Məhsulların operativ və yüksək keyfiyyətlə hazırlanması üçün şirkət Avropanın son texnologiyalarla təchiz olunmuş müasir avadanlıqları ilə təmin edilmişdir.
Regionun müxtəlif təşkilatlarının korporativ tərzinin yaradılmasında, onların xidmətlərinin və məhsullarının tanıtımında Moon Group şirkətinin fəaliyyətinin böyük rolu olmuşdur. Bir çox tədbirlərin, konfransların, sərgilərin, açılışların təşkil olunması, lazımi poliqrafiya, promo və reklam məhsulları ilə yüksək səviyyədə təmin olunmasında “Moon Group” şirkətinin xüsusi əməyi keçmişdir.
“Moon Group” şirkəti bu və digər xidmətləri müştərilərinə təqdim edərək onların öz vaxtına və vəsaitinə qənaət etməsinə də kömək olur. Şirkət olaraq ən əsas məqsədimiz, regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərindən biri olmaqla, bu yolda bütün zəruri enerji və əmək sərf edərək ən çox tərcih edilən şirkətə çevrilməkdir.

Görüş iştirakçıları:

Moon Group
Flame Tour
Roland
Sat Group
Compel
Proglass
Azfresko
MobOil
Man-G Design Construction