Onlayn Görüş – KİRS Firması

Bugün qadın sahibkarların da iştirakı ilə növbəti onlayn görüşümüz baş tutdu. Onlayn görüşdə, yeni partnyorumuz olan KİRS firmasının təqdimatı oldu. Şirkətin direktoru Lamiyə xanım gördükləri işlər və şirkət haqqında ətraflı məlumat verdi. Vebinarda iştirak edən partnyorlarımız da öz növbəsində şirkətləri və gördükləri işlər haqqında qısa məlumat verdi. İştirak edən partnyorlarımıza təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

“Kirs” firması 1988-ci ildə Azərbaycan SSR-nin qanunvericiliyinə əsasən Şuşa rayonunda kooperativ kimi fəaliyyətə başlamışdır. Kooperativ 1992-ci ilin may ayına kimi Şuşa şəhərində fəaliyyət göstərmişdir. “Kirs” firmasının adı Kiçik Qafqaz dağ silsiləsinin zirvələrindən biri olan Kirs zirvəsinin adı ilə adlandırılmışdır. Elan olunmamış Dağlıq Qarabağ müharibəsi dövründə strateji əhəmiyyətli alternativ yolların çəkilişi, mühəndis istehkam qurğularının tikintisində kooperativin kollektivi bütün qüvvəsi ilə çalışmışdır.

Görüş iştirakçıları:

KİRS Costruction
Euroglass Art
BMY Caspian
Cahan Company
Əhmədoğlu İnşaat
Qayo Elektrik
Equip Machine
Lassa
İşartı
Diksiya Akademiyası