Bugünükü vebinarımız, partnyorumuz olan Kirpi Tekstilin təqdimatı ilə baş tutdu. Kirpi Tekstilin icraçı direktoru Səid bəy gördükləri işlər və şirkətin fəaliyyəti haqqında məlumat verdi. Öz növbəsində görüşə qoşulan partnyorlarımız da şirkətləri haqqında qısa məlumat verərək tanış oldular. Bir daha vurğulamaq istərdik ki, onlayn görüşlərimiz mütəmadi olaraq davam edir və müxtəlif sektorlardan olan sahibkarların iştirakı ilə baş tutur. Partnyorumuz olan bütün şirkət rəhbərlərinə görüşlər barədə məlumat verilir.

İştirak edən partnyorlarımıza təşəkkür edir işlərində müvəffəqiyyətlər arzulayırıq.

2017-ci ildə təsis edilən Kirpi Tekstil qısa müddət ərzində bir çox fərdi və korporativ əməkdaşlıq münasibətləri qurmuşdur.
Kirpi Tekstil olaraq əsas məqsədimiz, istehsal edilən məhsullarımızın yüksək keyfiyyətdə olmasıdır, məhz buna görə də, istehsal edilən məhsullarımız sertifikatlıdır. Şirkət olaraq, yalnız keyfiyyət deyil, eyni zamanda sifarişlərin sürətli və vaxtında çatdırılması da bizim əsas məsuliyyətlərimizdəndir. Müştərilərimizin rahatlığını təmin etmək və vaxta qənaət etmələri üçün bir çox toplu sifarişlərin çatdırılmasını da həyata keçiririk.
Hazırkı istehsalat fəaliyyətimiz isə aşağıdakı kimidir:
1) Pambıq köynəklər – boya və fleks çaplarla
2) Polo köynəklər – boya və fleks çaplarla
3) Fubtol formaları – sublimasiya ilə (rəngin və ya dizaynın parçaya hopdurulması)
4) İdman geyimləri – sublimasiya və fleks çapla
5) İşçi geyimləri – müxtəlif sahələrdə çalışanlar üçün (inşaat, restoran, otel, fabrik və s)
6) Vinil və Felks çaplar

Keyfiyyətli və sürətli devizi ilə fəaliyyət göstərən Kirpi Tekstil, peşəkar komandası ilə daha böyük uğurlar və hədəflər üzərində yorulmadan çalışan, ölkə miqyasında müştəri məmnuniyyətini qazanmağı qarşısına əsas hədəf olaraq qoymuş bir şirkətdir.

Görüş iştirakçıları:

Kirpi Tekstil
Çoban Restoranı
Ağ Saray MTK
Excel World
Fostanpak
Buz Cloud
Modern Hospital
Zinət-i Zishan
Macro Construction
Hellman Logistika