Onlayn Görüş – Business Service Center

Bu gün də növbəti vebinarımız baş tutdu. Bu dəfəki vebinarımızın təqdimatı hüquq, maliyyə, mühasibatlıq və insan resursları xidmətləri göstərən, partnyorumuz “BSC Consulting & Outsourcing” şirkətinə aid oldu. Şirkətin rəhbəri İkram bəy və mühasibatlıq şöbəsinin direktoru Ulduz xanım gördükləri işlər və xidmətləri barədə ətraflı məlumat verdi. Öz növbəsində görüşə qoşulan partnyorlarımız da, bir-birləri ilə tanış oldular və şirkətləri haqqında qısa məlumat verdilər. Bununla yanaşı görüşdə maraqlı müzakirələr da baş tutdu. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!