29 dekabr tarixində partnyorlarımızın iştirakı ilə, növbəti onlayn görüşümüz baş tutdu. İştirak edən şirkət rəhbərləri öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış oldular. Bu dəfəki görüşümüzün xüsusi təqdimatı Bakı Dezinfeksiya Mərkəzinə məxsus oldu. Şirkətin rəhbəri Coşqun bəy xidmətləri haqqında ətraflı məlumat verdi. Nəzərinizə çatdıraq ki, Bakı Dezinfeksiya Mərkəzi dezinfeksiya sahəsində xidmət göstərən şirkətdir. İştirak edən hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.