Onlayn Görüş – Azerlex Group

10 iyul tarixində partnyorlarımızla, növbəti onlayn görüşümüz baş tutmuşdur. İştirak edən şirkət rəhbərləri öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış olmuşdur. Görüşdə partnyorumuz olan qadın sahibkarlar da iştirak etmişdir. Bu dəfəki görüşümüzün xüsusi təqdimatı Azerlex Group şirkətinə məxsus oldu. Anar bəy xidmətləri haqqında ətraflı məlumat vermiş və sonda isə, MARSOL partnyorlarına xüsusi endirimləri olacağını vurğulamışdır. İştirak edən hərkəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.

AZERLEX Group – 2017-ci ildən hüquq, təlim, insan resursları və qiymətləndirmə sahəsində xidmətlər həyata keçirən şirkətdir. Şirkət müştəri məmnuniyyətinin təmin edilməsi, yeni texnologiyaların tətbiqi, dürüstlük, peşəkarlıq prinsiplərini hədəfləyərək, müştərilər ilə etibarlı və şəffaf əlaqələr qurur.

Görüş iştirakçıları:

Azerlex Group
AZİMUT
Inci Psixoloji Mərkəzi
LİKE
OKSİ Group
Medproinfo
Formag Logistika
Lunchef Catering Services
FFF+N