Bugün növbəti onlayn görüşümüz baş tutdu. Görüşdə partnyorumuz olan qadın sahibkarlar da iştirak etdi. Vebinarda partnyorlarımız bir-birləri ilə yaxından tanış oldular və şirkətləri haqqında qısa məlumat verdilər. Bugünkü görüşün təqdimat hissəsi yeni partnyorumuz “AHMADOGLU” şirkətinə aid oldu. Şirkətin rəhbəri və təsisçisi Əhməd bəy bizlərə, gördükləri işlər və xidmətləri haqqında ətraflı məlumat verdi. Vebinarda vaxt ayırıb iştirak edən hər kəsə təşəkkür edirik!

“AHMADOGLU” şirkəti 01.06.2019-cu ildə Mustafazadə Əhməd Vaqif  oğlunun rəhbərliyi ilə lisenziya əsasinda,tam şəkildə,rəsmi olaraq fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti: İnzibati,yaşayış,o cümlədən biznes tipli binaların layihələndirilməsi, dizayn xidmətləri, tikintisi və təmiri istiqamətindədir. Bundan başqa şirkət mənzillərin təmirini də uğurla təşkil edir

Görüş iştirakçıları:

Əhmədoğlu İnşaat
Lignum Logistika
Gens Elektrik
Knexel
Arqon
İmprotex Industries
Birgə və Sağlam İB
NET Cond MMC
Enerji – N MMC
Master Cleaning