Onlayn Görüş – Ağ Saray

Onlayn görüşlərimiz davam edir. Bugün də, partnyorlarımızla birlikdə onlayn görüşümüz baş tutdu. Partnyorlarımız öz növbəsində işləri barədə qısa məlumat vermiş və bir-birləri ilə daha yaxından tanış olmuşdur. Sonda isə Ağ Saray şirkətinin təqdimatı olmuş, şirkətin rəhbəri Cahid bəy yeni layihələr haqqında və partnyorlarımıza olunacaq endirimlər haqqında məlumat vermişdir. İştirak edən hərkəsə işlərində uğurlar arzu edirik. 

Ağsaray Residence Ağ Şəhər layihəsi çərçivəsində bir yaşayış kompleksini inşa edərək sakinlərin ixtiyarına vermişdir. Hal-hazırda ikinci layihənin inşasına başlanılmışdır.

Ağsaray Residence yaşayış kompleksi  dəniz səviyyəsindən 25m artıq hündürlükdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili  sıxlığı aşağı olan Ağ Şəhər kompleksinin daxilində Babək rayonunun mərkəzi meydanında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi prospektin ortasında yerləşən  zərif heykəltəraşlıq  ilə bəzədilmiş  “Qarabağ Atları Meydan”ı  bu rayonun qəlbi olacaqdır.

Görüş iştirakçıları:

Ağ Saray MTK
Excel World
Elar Park
Əhmədoğlu İnşaat
Almet Trading Baku QSC
Eurodoor
De Promo
Ecober