Bugün partnyorlarımızla birlikdə onlayn görüşümüz baş tutdu. Partnyorlarımız öz növbəsində işləri barədə qısa məlumat vermiş və bir-birləri ilə daha yaxından tanış olmuşdur. Sonda isə Qayo şirkətinin təqdimatı olmuş, şirkətin rəhbəri Vüqar bəy xidmətləri və gördükləri işlər barədə ətraflı məlumat vermişdir. İştirak edən hərkəsə işlərində uğurlar arzu edirik. 

İş fəaliyyətinə 2007-ci ildə başlamış “QAYO” şirkəti yerli və xarici istehsal olan boru və fittinqlərin, eyni zamanda müxtəlif çeşiddə santexnika məhsullarının daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir. Bununla yanaşı, “QAYO” şirkəti keyfiyyətinə görə laboratoriyadan keçmiş və sertifikat almış, üz qabığı Türkiyə istehsalı olan izolyasiyalı dövlət əmtəə nişanlı, standartlara tam uyğun, müxtəlif rənglərdə çoxdamarlı mis və alüminium məftillərin istehsalçısıdır. Müştəri məmnuniyyətini ön plana çəkən “QAYO” pərakəndə satış sektorunda ilklərə imza atan şirkətdir ki, “Müştəri xidmətləri” adı altında ayrıca şöbə yaratmışdır. Bu da müştərilərin irad və təkliflərinin düzgün şəkildə dəyərləndirilərək məmnuniyyətinin daimi olmasını təmin edir.

Görüş iştirakçıları:
Qayo Elektrik
Man-G
Azpark
Kayı Group
Vəlioğlu
Kartpak
Engineering For Kids
MR Group
Atlas Mühəndislik