Ofis Ziyarəti – BHB Media 18.06.2021

Bugün, reklam sahəsində fəaliyyət göstərən partnyorumuz “BHB Media” şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Şaban bəy bizə şirkətin fəaliyyəti və xidmətləri haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən partnyorlarımız da bir-birləri ilə yaxından tanış oldu, öz işləri haqqında məlumat verdi. Daha sonra partnyorlarımızla birlikdə “BHB Media”nın rebrendinq videosunu izlədik. Başda Şaban bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Hikmetoglu Transport
Sabiroğlu MMC
Qobustone
Euroglass Art
BHB Media

  • Reklam strategiyasının hazırlanması və inkişafı (hədəf auditoriyasının təyini, əlverişli reklam vasitələrinin seçimi, reklam mətnlərinin formalaşdırılması);
  • TV və Radio kanallarında media planlama və yerləşdirmə;
  • Video və audio reklam çarxlarının hazırlanması;
  • Marketinq strategiyasının formalaşdırılması (bazarda mövqenin müəyyən edilməsi, daimi və potensial müştərilərin təyini, təkliflər);
  • Reklam fəaliyyətləri üçün yeniliklərlə dolu inkişaf, brendinq.