Ofis Ziyarəti – XEROPC

Bu gün partnyorlarımızla birlikdə, XEROPC şirkətinin ofisində qonaq olduq. Şirkətin rəhbəri İlqar bəy bizə fəaliyyətləri və satdıqları məshullar haqqında ətraflı məlumat verdi. Bizi qonaq etdiyi üçün İlqar bəyə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkür edir, işlərində uğurlar arzu edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

«XEROPC» MMC 1993-cü ildən “XEROX” Ltd şirkətinin rəsmi “Premyer-Partnyoru” olan “AYHAN-M” şirkətinin rebrendinq şirkətidir. Firmamız 27 ildir öz fəaliyyətini davam etdirir. Əsas fəaliyyətimiz Azərbaycanda “XEROX” şirkətinin müxtəlif formatlı, ağ-qara və rəngli çap avadanlıqlarının, sürətçıxaran aparatlarının, mühəndis maşınlarının, skaner, printer və faks aparatlarının satışı və servis xidmətləri ilə bağlıdır. Şirkət fəaliyyətə başladığı gündən əsas deviz kimi “yüksək keyfiyyət”, “etibarlı xidmət” və “müştəri məmnuniyyəti”-ni götürmüş və bu günə qədər bu prinsiplərlə işləməkdə davam edir.