Ofis Ziyarəti – Ştutqart Mağazalar Şəbəkəsi

Bugün sahibkarlarla birgə, yeni partnyorumuz olan Ştutqart Mağazalar Şəbəkəsinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Əfqan bəy bizi məhsulları və xidmətləri ilə tanış etdi və MARSOL partnyoru olan sahibkarlara endirimlər barədə məlumat verdi. Bizi qonaq etdiyi üçün Əfqan bəyə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkür edirik.

2004-cü ildə əsası qoyulan “Ştutqart” müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. “Ştutqart” yarandığı ildən Azərbaycan bazarında orijinal keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir.

Görüş iştirakçıları:

Ştutqart Mağazalar Şəbəkəsi

Oksi Group

Ağsaray Residence

İslamoğlu Un Məmulatları

Gens Elektrik